Azərbaycanın cari əməliyyatlar balansının qalığının ÜDM-dəki payı 2 dəfəyədək artdıbackend

2022-ci ildə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 23 milyard 478,1 milyon ABŞ dolları məbləğində qalıq yaranıb.

“Yeni Gundem” xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

Ümumi qalıq xarici ticarət balansındakı 27 milyard 359,4 milyon ABŞ dollarlıq qalıq (2,4 dəfə çox), xidmətlər balansındakı 1 milyard 359,7 milyon ABŞ dollarlıq kəsir (36 % az), ilkin gəlirlər balansındakı 5 milyard 487 milyon ABŞ dollarlıq kəsir (4,2 dəfə çox) və təkrar gəlirlər balansındakı 2 milyard 965,4 milyon ABŞ dollarlıq qalıq (6,5 dəfə çox) hesabına formalaşıb.

“Hesabat dövründə CƏB üzrə qalıq ümumi daxili məhsulun (ÜDM) dəyərinin 29,8 %- ni (2021-ci ildə 15,2 % olub) təşkil edib. Neft-qaz sektorunda CƏB-in qalığı 2021-ci ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 28,7 milyard ABŞ dollara çatıb, qeyri-neft-qaz sektorunda CƏB-in kəsiri isə 9,4 % azalaraq 5,2 milyard ABŞ dollara düşüb”, – deyə AMB bəyan edib./Report