Azərbaycanın Dəymədağıldı kəndində polis qonşusunu güllələdibackend

Bərdə sakini münaqişə zəminində tüfəngdən açıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,  hadisə sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində baş verib.

Kənd sakini Y.Kərimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu A.Əliyevə topuq nahiyəsinə xəsarət yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.