Azərbaycanın dövlət rəsmiləri Ermənistanın raket atəşi ilə əlaqədar Gəncəyə səfər etdi – FOTObackend

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş Prokuror Kamran Əliyev və digər dövlət rəsmiləri Gəncə şəhərinə səfər edib.

“Yeni Gündəm”-in məlumatına görə, rəsmilər oktyabrın 11-i saat 02.00-da Ermənistanın Gəncə şəhərində raket zərbəsi endirdiyi ərazidə olub, vəziyyətlə yerində tanış olublar.

H. Hacıyev və K. Əliyev hadisə və Ermənistanın dövlət terroru barədə yerli və xarici mətbuat nümayəndələrinə açıqlama veriblər.APA