“Azərbaycanın Ermənistanın təxribatlarına qarşılıq verməməsi mümkün deyil” – Çavuşoğlubackend

Bölgədə vəziyyət həssasdır. Azərbaycan Ermənistana sülh sazişi təklif etsə də, onlar uzun müddət buna cavab vermədi.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Ermənistan ara-sıra təxribatlara əl atır: “Əlbəttə, Azərbaycanın buna qarşılıq verməməsi mümkün deyil. Şəhidlərə Allahdan rəhmət diləyirik, Azərbaycan xalqına başsağlığı veririk. Davamlı sülh istəyiriksə, Ermənistan təxribatlardan əl çəkməlidir”.