AZƏRBAYCANIN İLK İNTERNET SERİALI SAYRIŞAN İŞIQLAR +TRAILERbackend

Azərbaycan Film Akademiyasının istehsalı olan Sayrışan İşıqlar tibbi mövzuda internet serialının əsas tanıtımı paylaşıldı.

Layihənin rəhbəri eyni zamanda quruluşçu rejissoru Zaur Tahirsoy film haqqında bunları açıqladı;

Əlbəttə Azərbaycanda belə təşəbbüsə ilk cəhd etmək cəsarətlə yanaşı fədakarlıq tələb edirdi. Hələ 2016-cı ildə bu layihə haqqında danışanda ciddiyə alınmırdı. Amma bu gün layihəmə inanan və işinə sevgiylə yanaşan komanda ilə bu işin öhdəsindən gəldik. Eyni zamanda layihəyə inanan Dr. Elnur Fərəcov, Dr. Qulam Rüstəmzadə, Dr. Mircəlal Kazımi, Dr. Bibixanım Məmmədova tibbi serialın Azərbaycan üçün lazımlı iş olduğunu vurğulayaraq dəstək olublar.

Dekabrın ortalarına qala nümayişindən sonra film Medplus TV yutub kanalına yüklənəcək.

İnanıram ki, bu layihədən cəsarətlənərək bir çox kino istehsalçıları internet serialına start verəcək. Çünki bu sahənin inkişafı Azərbaycan kino sektoruna yeni nəfəs gətirəcək.

Filmdə baş obrazı Rəşad Kəsəmənli, Aysel Nazim, Elnar Qarayev paylaşır. Eyni zamanda Kərəm Hadızadə, Leyla Babayeva Sədaqət Məmmədova, Natali B., Elvida M., Ceyhun Mehdixan, Mərva M., Sübhi S. və digərləri aparıcı obrazlarda rol alacaqlar. Filmin quruluşçu operatoru Elvin Əsgərov, ikinci rejissoru Böyükağa Əliyev, səs rejissoru Vüqar Sübhandır.

Qeyd edək ki, Sayrışan İşıqlar tibbi serialı Azərbaycanda ilk internet seriali olmaqla yanaşı Azərbaycan kino sahəsində özünəməxsusluğu ilə digər Azərbaycan seriallarından seçilir. Tibbi mövzunu əhatə edən bədii internet seriali eyni zamanda dedektiv, dram, romatik, komediya janrlarını özündə birləşdirir. Filmi izləmək üçün yutubda Medplus TV kanalına abunə olmaq və paylaşımlardan anında xəbər almaq üçün bildiriş düyməsini aktiv etmək lazımdır.