Azərbaycanın İtaliyadakı səfiri bu ölkənin aparıcı xəbər agentliyinə müsahibə veribbackend

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan Askanews xəbər agentliyinə video müsahibə verib.

Azərbaycanın İtaliyadakı səfirliyindən “Yeni Gundem” e verilən məlumata görə,müsahibəsində diplomat 2019-cu ildə Azərbaycan-İtaliya münasibətlərinin yekunları barədə danışıb, qarşılıqlı səfərlər, iqtisadi əməkdaşlıq sahəsində əldə olunan nəticələr və mədəniyyət sahəsində həyata keçirilən mübadilələr və tədbirlərdən, habelə gələn il üçün planlardan söhbət açıb.
Diplomat iki ölkə arasında iqtisadi sahədə, xüsusilə də enerji sahəsində geniş əməkdaşlığın olduğunu, 2018-ci ildə olduğu kimi 2019-cu ildə də İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ixac məntəqəsi olduğunu, ölkəmizin isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda italyan mallarının ən böyük idxalçısı kimi qaldığını deyib. Cari ilin TAP layihəsinin İtaliya hissəsinin tikintisinin davam etdirilməsi və bu xüsusda son icazələrin də alınması nöqteyi-nəzərdən əhəmiyyətini bildirən səfir gələn il TAP layihəsinin istifadəyə verilməsi ilə ölkəmizin xam neft və təbii qaz həcmləri ilə birlikdə İtaliyanın ən böyük enerji təchizatçısına çevriləcəyinə ümidvar olduğunu deyib. Habelə gələn il keçirilməsi planlaşdırılan Azərbaycan-İtaliya biznes forumunun iki ölkə arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsinə də töhfə verəcəyini söyləyib.
Mədəniyyət sahəsində gələn il üçün nəzərdə tutulan planlardan söhbət açan diplomat 2020-ci ilin İtaliyada Azərbaycan Mədəniyyət İli elan olunduğunu və bu çərçivədə Azərbaycanın mədəni irsinin İtaliyada təbliği üçün bu ölkənin müxtəlif şəhərlərində çoxsaylı tədbirlərin keçiriləcəyinin palnlaşdırıldığını bildirib.
Askanews agentliyi Azərbaycan səfiri ilə müsahibəni iki hissədə – istər video, istərsə də yazılı formada yayıb. Müsahibə İtaliyanın çoxsaylı aparıcı kütləvi informasiya vasitələrinin də marağına səbəb olub. İl Sole24 Ore, İl Tempo, Corriere, Quotidiano, MSN, Libero Quotidiano, Yahoo Notizie, Notizie Tiscali, Notizie Yahoo, Virgilio və sair kimi mətbuat orqanları da öz səhifələrində həmin müsahibəni dərc ediblər.
Müsahibə ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

http://www.askanews.it/video/2019/12/05/azerbaigian-italia-ambasciatore-speriamo-tap-sia-attiva-in-2020-20191205_video_10321827/

http://www.askanews.it/esteri/2019/12/05/amb-azerbaigian-in-2020-puntiamo-a-primato-come-fornitore-energia-pn_20191205_00070/