Azərbaycanın keçmiş futbolçusunun meyiti tapıldıbackend

Bakının “Neftçi” və Gəncənin “Kəpəz” klubunun veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib. 

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Report-a “Kəpəz”in Mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.

Mustafayevin sözlərinə görə, sabiq yarımmüdafiəçi 58 yaşında vəfat edib. Onun səhər saatlarında yaşadığı evdə meyiti aşkarlanıb.

Qeyd edək ki, Arzu Mirzəyev 1979 – 1983-cü illərdə “Kəpəz”də, 1984 – 1991-ci illərdə “Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub. Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra “Kəpəz” və Gədəbəyin “Narzan komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki “Təhsil” İdman Mərkəzində məşqçi işləyib.