Azərbaycanın mədəni irsinin bərpası və qorunması vacib məsələlərdən biridir” – Cavid Osmanovbackend

Prezident İlham Əliyev 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdü və indiki Ermənistan ərazisindən deportasiya olunmuş soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmasını bir hədəf kimi müəyyənləşdirərək Qayıdış konsepsiyasının hazırlanması ilə bağlı tapşırıq verdi. Məlum olduğu artıq Qayıdış konsepsiyası arıq təsdiq olunub. Bu, tarixi bir hadisədir və Azərbaycanın regionda yaratdığı yeni reallığın bir istiqamətidir”.

“Yeni Gundem”-in məlumatına görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, etnik təmizləmə aparılmaqla deportasiya olunan soydaşlarımızın öz ata-baba yurdlaına qayıtmaq hüququ var. “Konsepsiyada bir sıra vacib məsələlər öz əksini tapır. İndiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar və onların övladlarının, nəvələrinin, nəticələrinin öz vətənlərinə qayıtmaq hüququ var. onların təhlükəsizlik məsələsi də öndə durur. Ermənistanda Azərbaycana, azərbaycanlılara qarşı bir fobiya aşılandığı bir vaxtda soydaşlarımızın özlərini təhlükəsizlikdə hiss etməsi üçün burada beynəlxalq missiyasının mövcudluğu çox vacibdir və bu beynəlxalq missiya qərbi azərbaycanlıların etimad etdiyi missiya olmalıdır ki, onlar öz ata-baba yurdlarına qayıtdıqdan sonra özlərini təhlükəsizlikdə hiss etsinlər”.

Deputat qeyd edib ki, eyni zamanda soydaşlarımızın hüquqlarının qorunması vacib amildir. “Onların ana dilində təhsil hüquqları, seçib və seçilmək və digər hüquqları tanınmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Qərbi Azərbaycan İcmasının Qayıdış konsepsiyasını BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq norma və prinsiplər çərçivəsində həyata keçiriləcək. eyni zamanda qərbi azərbaycanlıların öz ata-baba yurduna qayıtdıqdan sonra Azərbaycanın mədəni irsinin bərpası və qorunması vacib məsələlərdən biridir”.