Azərbaycanın neçə Milli Qəhrəmanı var?backend

Prezident İlham Əliyevin 9 noyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə üç nəfərə (Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra); Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra); Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ölkə başçısının bu sərəncamından sonra Azərbaycanın Milli Qəhrəmanlarının sayı artaraq, 218 nəfərə çatıb.

Xatırladaq ki, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı bundan öncə Prezident İlham Əliyevin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) verilmişdi.

Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından yalnız 16 nəfəri sağdır.