Azərbaycanın nüfuzu Mərkəzi Avropada dahada güclənir – AÇIQLAMAbackend

Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. İllər keçdikcə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadə edilir. Enerji təhlükəsizliyi məsələləri bu gün dünyada xüsusi əhəmiyyət kəsb edir və  dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin reallaşdırılmasına yol açır ki, bu da öz növbəsində dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin yanvarın 29-da  Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması münasibətlərin dünəninə baxış əsasında qarşıda dayanan hədəflərə işıq saldı. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir.  Məqsəd ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında  Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri yüksək dəyərləndirildi.

Mövzunu “Yeni Gundem”-ə danışan Millət vəkili Sadiq Qurbanov bildirdiki,bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu bir daha gücləndirir:

“Dünyada baş verən son hadisələr yeni prioritetləri ortaya çıxardıb.Enerji təlatümlərini yaradıb.İllər öncə həyata keçirilməli olan yeni layihə madiyyat səbəbindən həyata keçirilmədi.Bu gün isə Azərbaycan dünyaya yeni mədəniyyət bəxş edir.Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu artırır.Azərbaycana qarşı mənfi halların qarşısı alınacaq”.