Azərbaycanın quru sərhədləri bu tarixdən açıla bilər – Komitə üzvündən AÇIQLAMAbackend

Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-də başa çatır.

“Yeni Gundem” xəbər verir ki, ölkəmizdə karantin dövründən qalan əsas qadağa sərhədlərin bağlı qalmasıdır.

Qonşu ölkələrdə koronavirusla bağlı mövcud durumu nəzərə alaraq iyulun 1-dən sərhədlərin açılması istisna deyil. Məsələyə münasibət öyrənmək üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynova müracit etdik. Komitə üzvü BAKU.WS-ə bildirdi ki, xüsusi karantin rejimin müddəti Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilir:

“Nazirlər Kabineti davamlı olaraq dünyada baş verən proseslərə adekvat olaraq adımlar atır, karantin rejimi ilə bağlı ötən illərdə məhdudlaşdırıcı tədbirlərin yumşaldılması, məhdudiyyətlərin aradan götürülməsi və s. tədbirlər də məhz qlobal proseslərə uyğun nizamlanıb. Buna görə də, çox güman ki, Nazirlər Kabineti iyulun 1-dən sonra pandemiyanın başa çatmasını və dünya reallıqlarını nəzərə alaraq xüsusi karantin rejimi ilə bağlı yeni qərarlar qəbul edəcək”.