“Azərbaycanın sədrlik dövrü Qoşulmama Hərəkatının tarixinə qızıl hərflərlə yazılacaq” – Deputatbackend

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının Covid-19 la mübarizə üzrə təmas qrupunun Zirvə görüşü başlayıb.Ölkə Prezidenti cənab İlham Əliyev Zirvə Toplantısında çıxış edib.Cənab Prezident tədbiri açaraq ,qonaqları salamlayıb.Türkiyə və Suriyada zəlzələ qurbanlarının xatirəsi yad edilib.İlham Əliyev həmişə ki kimi bu tədbirdə də çox önəmli mesajlar verib.

Bu sözləri “Yeni Gundem” -ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin dünyada artan nüfuzu Qoşulmama Hərəkatına rəhbərliyi dövründə dahada artdı.

“Dövlət başçımız dünyada BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi qlobal məsələlərdə bu gün dünyanı düşündürən siyasi, iqtisadi məsələlərin hər birinin doğurduğu fəsadları çox açıq və konkret faktlarla söylədi.Ölkəmizin təşlikata uğurlu sədrliyi ilə sözün əsl mənasında BMT-dən sonra ikinci olmağı qazandı.Azərbaycanın Qoşulmama Hərəkatındaki mövqeyi çox dinamikdir.Azərbaycanın rəhbərliyi bu hərəkata əlavə güc qatdı.Azərbaycanın sədrlik dövrü Qoşulmama Hərəkatının tarixinə qızıl hərflərlə yazılacaq”-deyə o qeyd edib.

Fərahim Rəhimov