“Azərbaycanın Silahlı Qüvvələri bölgədə ən güclü ordudur” – Kamal Kurnazbackend

“Türkiyə-Azərbaycan müttəfiqliyi böyük bir coğrafiyaya sülh, əmin-amanlıq, inkişaf və tərəqqi vəd edir. Bunun real göstəriciləri hazırda uğurla fəaliyyət göstərən beynəlxalq layihələrdir. Azərbaycan Türkiyə xalqının qəlbinin bir parçasıdır. Canımız və malimizla bundan sonra da Azərbaycanın yanında olmaqda davam edəcəyik”.

Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) sədrinin birinci müavini Kamal Kurnaz bu fikirləri  Avropa.info-ya açıqlamasında ifadə edib.

Ermənistan ordusunun iyulun 12-dən başlayaraq 3 gün ərzində Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizin sərhədlərin hücüm etmək cəhdini müasir dünyanın gözü qarşısında həyata keçirilən vandalizm kimi dəyərləndirən Kamal Kurnaz deyib: “Ermənistanın Dağlıq Qarabağ daxil olmaqla Azərbaycan ərazisinin iyirmi faizini işğal altında saxlaması bütün türk dünyasına həqarətdir. Tarixin bütün dövrlərində fərqli güclərin əlində alət olan ermənilər anlamalıdır ki, müstəqil dövlət olan Azərbaycanın Silahlı Qüvvələri bölgədə ən güclü ordudur. Tovuz hadisələrindən sonra baş verənlər bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı heç vaxt bir qarış torpağını yağıya güzəşt etməyəcək.” Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan Azərbaycanda başlanan növbəti genişmiqyaslı təlimlər bütün dünya üçün sülh və inkişaf müsajı kimi dəyərləndirən Kamal Kurnaz deyib ki, iki qardaş ölkənin bütün sahələrdə yüksək nəticə verən əməkdaşlığı bu günümüzün və gələcəyimiz üçün şanlı səhifədir. Nazir Hulusi Akarıın rəhbərliyi ilə Türkiyənin ali hərbi heyətinin Azərbaycanda yüksək qonaqpərvərliklə qaşılanması, onları hərbi təlimləri izləməsi bird aha göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir.