Azərbaycanın tarixi Zəfərinin reallıqlarıfonunda artan nüfuzu, möhkəmlənənmövqeyi göz önündədirbackend

Hər bir ölkənin siyasi müstəqilliyininmöhkəmlənməsində iqtisadi tərəqqi əhəmiyyətlirol oynayır. Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasıistər üzv dövlətlərin, istərsətədbirə qonaqqismində qatılan Azərbaycanın iqtisadiimkanlarının təqdimatında öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev Azərbaycanınquruma üzv olmasa da ötən 30 ildə Ermənistanistisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığının uğurla inkişaf etdiyinibildirdi. İkitərəfli əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu ölkəmizin bu illərərzində əldə etdiyi sosial-iqtisadi göstəricilərtəsdiqləyir. Prezident İlham Əliyev iclasdakıçıxışında bir daha diqqəti Azərbaycanın xalqlar arasında körpü rolunu oynayan tranzitimkanlarına, həyata keçirilən layihələrin uğurlu icrasına yönəltdi.

Reallıq budur ki, Azərbaycan həm enerji, həm də nəqliyyat layihələrinin icrasını uğurla həyata keçirməklə bu körpünün daha da möhkəmlənməsinə yeni əlavələr edir. Bunun üçün bəzi statistik rəqəmlərə nəzər salmaqistərdik. Ötən il Azərbaycanın Avrasiya İqtisadiBirliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadiBirliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarətdövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycanın Şərq-QərbŞimal-Cənubnəqliyyat yollarının coğrafi kəsişməsindəyerləşməsi, ölkəmizin nəqliyyat-logistikainfrastrukturu bütün istiqamətlərdə daşımalarıhəyata keçirməyə imkan verir. AzərbaycanXəzərdə 50 gəmidən ibarət ən böyük ticarətdonanmasına malikdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlayan müasirgəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları, həmçininXəzərdəki qonşularımıza da təqdim olunub. Rəqəmlərə qısa baxış bunu deməyə əsas verir ki, Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar mövcuddur və bu, əməkdaşlığıncoğrafiyasının genişlənməsində həlledici rol oynayır.

Ermənistan rəhbərinin sözügedən toplantıda iştirakçıların diqqətinə yalanları, AzərbaycanınLaçın-Xankəndi yolunda nəzarət-buraxılışməntəqəsini yaratmasını öz maraqlarına uyğunçatdırması bir daha müstəqilliyi formal xarakterdaşıyan bir dövlət üçün ədalət və beynəlxalqhüquq deyilən məfhumların olmadığını sübut etdi. Reallıq budur ki, Azərbaycan heç bir dəhlizibloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. ErmənistanAzərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlıkontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılışməntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndişəhərindən təcili yardım avtomobilləri keçir. 

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır. Azərbaycan ədalətə və beynəlxalqhüquqa əsaslanan iddialarını tam şəkildə təmin etdi.

Nəsimi rayon İctimai Şuranın sədr müavini Hacıyeva Gülnarə