Son 20 ildə ölkə prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan, tarixi boyu ən güclü dəyişiklikləri yaşayıb. Azərbaycan Prezidenti beynəlxalq arenada da olduqca əmin və inandırıcıdır, novator diplomat kimi qəbul edilir. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə bir-birinin ardınca parlaq qələbələrə imza atmaqdadır. Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, dosent, filologiya üzrə fəlsəfə doktoru Yusif Ağayev deyib.
“Mübaliğəsiz demək olar ki, Azərbaycan regionun yeganə ölkəsidir ki, dünyada ədalətli sülhyaratma prosesində fəal iştirak edir, beynəlxalq siyasi platformalarda effektiv təşəbbüslərlə çıxış edir, regionda və dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə öz əməli fəaliyyəti ilə töhfələr verir. Göründüyü kimi, Azərbaycan müstəqilliyinin 32-ci ilində qazandığı nailiyyətlər sayəsində regional və dünya ölkələri arasında lider ölkəyə çevirib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən zəfər tariximizin ən böyük uğurudur. Bu zəfərlə xalqın inamı gücləndi, yuxuları, arzuları çin oldu, Qarabağa qayıdış xalqın özünə inamını qaytardı, milli yaddaşı gücləndi, xalq qələbənin, ədalətin zəfərini anladı və yaşadı. Azərbaycan Prezidenti İlham Əliyev komandanlığı ilə İkinci Qarabağ müharibəsi şanlı tariximiz, xalqımızın qürur hissi, ədalətin bərpası oldu.
Prezidenti İlham Əliyevin təcrübəsi və istedadı sayəsində son 20 il ərzində Azərbaycana, beynəlxalq aləmdə gedən proseslərə də təsir göstərmək imkanı qazandırıb. Məhz bunun üçün də bir sıra ciddi problemlərin həllində Azərbaycan rəhbərinin mövqeyi, fikirləri ilə hesablaşılır. Beynəlxalq ictimaiyyət “Qarabağ Azərbaycandır və nida işarəsi”, “Sözümüz imzamızdır” kimi mesajlarla bu mövqe sahibini yaxşı tanıyırlar. Prezident İlham Əliyevin münaqişənin həllinə dair, hər zaman olduğu kimi, qətiyyətli və prinsipial mövqeyi təcavüzkar Ermənistana, eləcə də, dünyaya mesaj oldu.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsas yaratdı. Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan Ali Baş Komandan, Prezident İlham Əliyevin adı Azərbaycan xalqının qəlbinə və onun tarixinə yazıldı”,- deyə o əlavə edib.
Y.Ağayev əlavə edib ki, şübhəsiz ki, bu uğurların əsasında elmə və idarəçiliyə söykənən müdrik yanaşma dayanır.
“44 günlük tarixi Vətən müharibəsində əldə edilən zəfər 20 illik uğurlu fəaliyyətin nəticəsi idi. Bütün bunlar Prezident İlham Əliyev tərəfindən dövlət idarəçilik texnologiyalarının yeni səviyyəyə qaldırılması, eləcə də, yeni idarəetmə texnologiyalarının tətbiqini institusional islahatlarla həyata keçirməyinin nəticəsi və bəhrəsidir.
Eyni zamanda, ölkə Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində tətbiq etdiyi innovativ texnologiyalar əsasında insan potensialının inkişafı, bu potensialın iqtisadiyyatda insan potensialına çevrilməsi, ölkənin inkişafının davamlılığı naminə dayanıqlı iqtisadiyyatın və əlverişli sosial mühitin formalaşdırılması durur. 44 günlük şanlı Vətən müharibəsi, ölkənin ərazi bütövlüyünün bərpası yüz minlərlə qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtması məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və fədakar fəaliyyətinin nəticəsidir”, – deyə o vurğulayıb.