Azərbaycanın xarici dövlət borcu azalacaqbackend

Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycanın xarici dövlət borcunun ÜDM-dəki payı 20%-dək enəcək.

AİB-in “Asian Development Outlook (ADO) 2021: Financing a Green and Inclusive Recovery” adlı yeni dərc olunmuş hesabatına əsasən, 2022-ci ildə bu göstəricinin ÜDM-in 18,4%-nə qədər azalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Dünya Bankının yeni proqnozuna əsasən, 2021-ci ildə ölkənin xarici dövlət borcu ÜDM-in 17,1%-ni, 2022-ci ildə isə ÜDM-in ÜDM-in 16,7%-nə təşkil edəcək. Bundan əlavə, “Moody’s Investors Service” şirkəti bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-in 19,4%-nə bərabər olacağını proqnozlaşdırır.

Xatırladaq ki, cari ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 821,5 mln. ABŞ dolları (14 996,5 mln. manat) və ya ÜDM-in 20,7%-ni təşkil edib. 2019-cu ilin yekunlarına əsasən isə bu göstərici 8,927 mlrd. dollar və ya ÜDM-in 19%-nə bərabər olub.