Müharibə Azərbaycanın şanlı Zəfəri ilə başa çatdıqdan sonra hərbi potensialının böyük hissəsi məhv edilmiş və 11 min fərarisi olan Ermənistan ordusunun mövcudluğu ümumiyyətlə hiss edilmirdi. Lakin təqribən bir il sonra 2021-ci ilin qışından etibarən ermənilər kənar qüvvələrin təhriki ilə yenidən fəallaşmağa və revanşist bəyanatlar verməyə başladılar.
Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Millət vəkili vurğulayıb ki, Fərruxda antiterror əməliyyəti ilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ermənistana, Ermənistanın havadarlarına və bütövlükdə dünyaya göstərdi ki, biz qələbə qazandığımız kimi Zəfərin nəticələrini qorumağı da bacarırıq.
“Xüsusən Rusiya sülhməramlıların özlərini Ermənistan ordusu kimi aparması fonunda proteksiya altında olduqlarını düşünən Qarabağdakı erməni ordu qalıqları və qanunsuz silahlı dəstələr intensiv şəkildə mövqelərimizi atəşə tutmağa başlamışdılar. Ermənilər əmin idi ki, artıq Rusiya əsgərlərinin himayəsi altında istədiklərini edəcəklər. Fərruxda antiterror əməliyyətiilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ermənistana, Ermənistanın havadarlarına və bütövlükdə dünyaya göstərdi ki, biz qələbə qazandığımız kimi Zəfərin nəticələrini qorumağı da bacarırıq. Sonrakı dövrdə isə bütün antiAzərbaycan kampaniyalara baxmayaraq Fərruxdakı mövqelərimizdən geri çəkilməməklə Azərbaycan nümayiş etdirdi ki, bu ərazilərin əsl sahibi kimi son söz bizimdir və vəziyyəti məhz Azərbaycan dövləti diqtə edir. Üstəlik Ermənistanın keçmiş işğal ortaqlarının cəhdlərinə baxmayaraq Azərbaycanın yaratdığı Fərrux reallığını qısa zamanda beynəlxalq ictimaiyyət, hətta erməni tərəfi özü belə sakitcə qəbullanmalı oldu. Qarabağın erməni ictimaiyyətinin nümayəndələri də bir daha gördü ki, istənilən halda situasiya Azərbaycanın ssenarisinə uyğun inkişaf edəcək. Bu mənada Fərrux Zəfəri həm də separatçıların Rusiya sülhməramlılarına etimadın və ümidlərinin ilk qırılma mərhələsidir”,-o qeyd edib.
Fərahim Rəhimov