“Azərbaycanın Zəfəri əsrə bərabər gün idi” – Çavuşoğlubackend

“Azərbaycanın qazandığı Zəfər əsrə bərabər gün idi”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi Zəfər regionda sabitlik və davamlı sülhün önünü açıb.

XİN rəhbəri bir daha Azərbaycanın Zəfər və Bayraq günlərini təbrik edib.