Azərbaycanla BMT arasında bağlanmış saziş Milli Məclisin plenar iclasına tövsiyə edildibackend

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.

“Yeni Gündəm”-in xəbərinə görə, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.