“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması region üçün əhəmiyyətlidir” – Çavuşoğlubackend

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş zamanı “3+3” əməkdaşlıq platformasını, eyni zamanda, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə etdik.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

XİN rəhbəri qeyd edib ki, Azərbaycanla Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması region üçün əhəmiyyətlidir.