Azərbaycanla Macarıstan arasında qaz əməkdaşlığına dair Anlaşma Memorandumu imzalandıbackend

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb.

“Yeni Gundem” xəbər verir ki, Anlaşma Memorandumunu Budapeştdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb.