Azərbaycanla Yaponiya arasında Anlaşma Memorandumu imzalandıbackend

Yaponiyanın NEXİ şirkəti ilə Azərbaycanın ixrac krediti və investisiya sığortası sahəsində əməkdaşlığını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, ictimai-siyasi, iqtisadi stabillik, əlverişli işgüzar mühit ölkənin investisiya cəlbediciliyini daha da artırır.