Azərbaycanlı bloqer “qadınları zorlayın” çağırışı etdi – VİDEObackend

Son illər Azərbaycanda qadın qətlləri, qadınlara qarşı zorakı cinayətlərin sayı artır. İstintaq zamanı bu cinayətlərin qısqanclıq zəminində, kişi eqosunun tələbləri çərçivəsində baş verdiyi aydın olur.

“Yeni Gündəm” xəbər verir ki, dünən sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxs izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

“Pantural” videosunda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyib: “Sən diskomfort yaşadırsan. Bəli, şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz, başınızı üzmürük ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır”.

70 min izləyicisi olan bloqer daha sonra “Pantural üzr istədi” adlı ironik başlıqlı videosunda bu çağırışına görə onu tənqid edənləri fahişə adlandırıb.