Azərbaycanlı dünya çempionu: “Ermənilər bizə həsrətlə baxırdılar” (FOTOLAR)backend
– Yarışla bağlı təəssüratlarınız necədir?
– Mundialda bir çox ölkənin idmançıları iştirak edirdi. Mən 125 kq çəki dərəcəsində mübarizə aparırdım. Əsasən, Ermənistan və İran yığmalarının üzvləri üstünlük təşkil edirdi. Əsas rəqiblərim də elə yerli pauerliftinqçilərlə yanaşı, məhz ermənilər və iranlılar idilər. Bu idman növündə onlar daha aktivdirlər. Sevinirəm ki, yarışın qalibi ola bildim, diplomumu və medalımı aldım.
– Ermənistan idmançılarını da üstələmisiniz. Hansı hissləri keçirirsiniz?
– Onlar yarışa güclü idmançılarla qatılmışdılar. Yaxşı mübarizə gedirdi. Bütün bunlara rəğmən, hamısını üstələyə bildik və bayrağımızı qaldırdıq.
– Onlar sizə məğlub olduqdan sonra hansı reaksiyanı verdilər?
– Şəkil çəkdirən zaman bayraqları bizim bayraqdan aşağıda qaldı. Bizə paxıllıq edir və həsrətlə baxırdılar. Bizim komandada 20-dək idmançı var idi. Demək olar ki, hamısı medal qazandı. 50-yə yaxın isə erməni olardı. Onların əksəriyyəti bizim idmançılara uduzdular.
– Həmin ölkə idmançılarının sizə məğlubiyyəti hər hansı insidentə səbəb olmadı?
– Xeyr, amma, sadəcə, qıcıqlanır, məğlubiyyəti qəbul edə bilmirdilər. Bizə qarşı necə olduqlarını büruzə verirdilər. Deyirdilər ki, növbəti yarışlarda sizi məğlub edəcəyik. Tək məndən yox, artıq bütün komandamızdan revanş almaq istəyirlər. Əsas rəqib Ermənistan təmsilçiləri idi və hər çəkidə çoxluq təşkil edirdilər. Demək olar ki, hamısında uduzdular. Çünki biz onlardan güclüyük, hər zaman üstələyə bilirik.
– İdmandan başqa hansısa sahədə çalışırsınız?
– Bəli. “Azərbaycan Dəmir Yolları”nda çalışıram. Keşlə sahə məntəqəsində sahə rəisi vəzifəsindəyəm.
– Peşəniz idmanla məşğul olmağınıza maneə törətmir?
– Xeyr. Rəhbərlik bizə istənilən şəraiti yaradıb. Məni qələbə münasibəti ilə təbrik ediblər. Qızıl medal qazanmağımla bağlı məni qəbul edəcəklər. Düşünürəm ki, bu nailiyyətim bir dəmiryolçu kimi oktyabrın 13-də qeyd edəcəyimiz peşə bayramına ən gözəl hədiyyəm olacaq.