Azərbaycanlı FİFA referisi karyerasını başa vurdubackend

40 yaşlı futbol hakimi, FİFA referisi Mübariz Haşımov ötən gün karyerasını başa vurub.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə, böyük qardaşı sabiq baş hakim Ceyhun Haşımov şəxsi “Facebook” hesabında bildirib. Mübariz Haşımov 15 illik hakimlik karyerasının 11 ilini FİFA referisi kimi fəaliyyət göstərib. Bir çox mühüm beynəlxalq oyunları yüksək ustalıqla idarə edən Haşımov, Azərbaycan hamilik məktəbinin əsas simalarından idi. Mübariz Haşımova gələcək işlərində uğurlar arzu edirik.

Ağa Dadaşzadə