Azərbaycanlı futbolçu hava limanında qalıb – “Bir gündür burdayam”backend

“Çempionat dayanıb. Hamı öz evinə yollanıb. Mən də Bakıya qayıtmaq istəyirəm”

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri matc.az saytına Bosniya və Herseqovinanın “Çelik” klubunda çıxış edən Elvin Yunuszadə deyib. O, daha sonra belə davam edib:

“Çox şükür, sağlamlığımda bir problem yoxdur. Ancaq artıq bir gündür hava limanında qalmışam. Bakıya reys yoxdur. Məcbur İstanbulda qalacam”.

Qeyd edək ki, millimizin sabiq üzvü “Çelik” klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.