Azərbaycanlı gənc Donbassda həlak olub – Fotobackend

Ukrayna ordusunda xidmət edən 29 yaşlı azərbaycanlı Əli Alxaslı snayperdən açılan atəş nəticəsində həlak olub.

“Yeni Gündəm” “Xarkovskiye izvestiya”ya istinadən xəbər verir ki, insident noyabrın 26-sı Novomixaylovski adlı ərazidə (Donbass) baş verib.

Bildirilir ki, həkimlərin bütün səylərinə baxmayaraq baş əsgər Əli Alxaslının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Əli Azərbaycanda doğulsa da, son illər Ukraynanın Xarkov şəhərində yaşayıb. O, bu şəhərdə də ailə həyatı qurub. Əli idmançı olub və döyüş sənəti ilə məşğul olub. Rinqə “döyüşçü” ləqəbi ilə çıxıb.

Əli Alxaslı 2018-ci ildə Ukrayna Silahlı Qüvvələrinin sıralarına daxil olub.