Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazandı – FOTObackend

25-30 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” adlı yarışda Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə təmsil edən idmançımız Vladimir Litvintsev iştirak edib.

Qış İdman Növləri Federasiyasından “Yeni Gundem”-ə verilən məlumata əsasən, Vladimir Litvintsev qısa və sərbəst proqram üzrə çıxışına görə 12 idmançı arasında 225.41 xal taplayaraq yekun nəticədə 1-ci yeri tutub və qızıl medala layiq görülüb.

Bununla yanaşı, yarışda Azərbaycanı yeniyetmə idmançılar Səbinə Əliyeva və Leyli Axundova təmsil edib.

Nəticədə 52 idmançı arasında Leyli Axundova 106.24 xalla 26-cı, Səbinə Əliyeva isə 106.12 xalla 27-ci yerdə qərarlaşıb.