Azərbaycanlı müğənni məclisdə çıxılmaz vəziyyətə düşdü – VİDEObackend

Tanınmış müğənni Aynur Dadaşova uzun zaman öncə məclislərin birində başına gələn çətin vəziyyətdən danışıb.

Belə ki, müğənni məclisdə mahnı ifa edən zaman səsi batıb.

Bu barədə, Aynur Xəzər TV-də yayımlanan “Şourum” verilişində qonaq olarkən danışıb.

Dadaşovaya yaşadığı xoşagəlməz hadisədə Əməkdar artist Mətanət İsgəndərli kömək olub:

“Birdən-birə səsimdə problem yaşandı, səsim batdı. Gördüm ki, artıq məclisdə ifa edə bilmirəm. Mətanət İsgəndərli mənə kömək oldu. Son vaxtlar səs tellərimdə problem var, həkim deyir ki, yorğunludan olur”.