Azərbaycanlı müğənniyə hücum edən pərəstişkarı həbs olundubackend

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Türkmənistanın paytaxtında ilk dəfə konsert proqramı ilə çıxış edib.

Axşam.az xəbər verir ki, Aşqabaddakı konsert Coni üçün təkcə səmimi qarşılanma ilə deyil, həm də təhlükəli anla yadda qalıb.

Fanatlarından biri səhnəyə qaçaraq onu möhkəm qucaqlayıb. Həmin an az qala ifaçı yıxılıb. Coni “Наверно, ты меня не помнишь” hitini oxumağa davam edib.

İfaçıya hədiyyə verdikdən sonra az qala konserti pozan pərəstişkarı təhlükəsizlik işçiləri tərəfindən səhnədən endirilib.

Qəzetlər Aşqabadda qızın Dövlət Maliyyə İnstitutunun 2-ci kurs tələbəsi olduğu, lakin onun nalayiq davranışına görə universitetdən xaric edildiyi və hazırda 15 sutkalıq həbs cəzası çəkdiyi barədə məlumatlar yayıb.