Azərbaycanlı pianoçu Türkiyənin “WORLDEF” şirkəti tərəfindən “mədəniyyət elçisi” adına layiq görülüb – FOTObackend

Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Türkiyənin beynəlxalq e-ticarət platforması olan “WORLDEF” şirkəti tərəfindən Azərbaycan-Türkiyə qardaşlığının dəstəklənməsi və iki ölkə mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətlərinə görə “Mədəniyyət elçisi” adına layiq görülüb.

“Yeni Gündəm” xəbər verir ki, bununla bağlı “WORLDEF” tərəfindən T.Manafzadəyə ünvanlanan təbrikdə musiqiçinin karyerası və həyat tərzinin cəmiyyət üçün nümunə olduğu, Azərbaycan və Türkiyə mədəniyyətləri arasında körpü rolu oynadığı qeyd edilir. Həmçinin Turan Manafzadənin istedadı və səyləri ilə həm Azərbaycan, həm də Türkiyə mədəniyyətinin dünyada tanıdılmasında vacib bir vəzifəni icra etdiyi vurğulanır.