Azərbaycanlı vəzifəli şəxs Türkiyədə vəfat etdi – FOTObackend

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Yuxarı Şirvan Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərov vəfat edib.

Bu barədə “Yeni Gündəm”-ə qurumdan məlumat verilib.

O, 62 yaşında Türkiyədə, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Mərhum bu gün Yevlax rayonunun Aran qəsəbəsində dəfn ediləcək.

Allah rəhmət eləsin!

image-1637644434_779b8050-7565-3853-ba8f-4d8754e1a491