Azərbaycanlı xanım ona 100 min dollarlıq üzük verdi – Fotolarbackend

Türkiyənin məşhur müğənnisi Bülent Ersoya konsertində bahalı hədiyyə verilib.   

“Yeni Gündem” xəbər verir ki, Bostancı Mərkəzində səhnəyə çıxan sənətçiyə Azərbaycandan gələn xanım pərəstişkarı 100 min dollar (170 min manat) dəyərində üzük verib.

Məlum olub ki, üzük brilliant və saffirdən hazırlanıb. Nigar adlı xanıma təşəkkür edən Diva zinət əşyasını çox bəyəndiyini bildirib.

B. Ersoy KİV-in hədiyyə ilə bağlı verilən suallara belə cavab verib: “Qiymətini demərəm. Amma mən bahalı hədiyyəyə dəymərəm? Bu üzük xeyli pul tutar. Çox bahalı bir hədiyyədir”.