Azərbaycanlı yazar koronavirusa yoluxdu, reanimasiyaya yerləşdirildibackend

“Covid-19 yoluxmuş və vəziyyəti ağırlaşan dəyərli ziyalımız Noyzalı Əliyevin səhəttindən narahat olan və status yazan bütün insanlarımıza məlumat vermək istəyirəm ki narahat olmasınlar. Təbibə müraciət etdik və ötən axşam Noyzalı müəllimi Ağciyər Xəstəlikləri İnstututunun reanimasiya şöbəsindədir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.

“Ötən gün və bu gün bir neçə dəfə Noyzalı müəllimlə bir neçə dəfə danışdıq. İnşallah Allahın yardımı. həkimlərimizin dəstəyi və onun üçün dua edən insanlarımızın duaları ilə yaxın zamanlarda sağlamlığına qovuşar. Xəstəxananın rəhbərliyi ilə də danışdıq. Noyzalı müəllimin yüksək səviyyədə müalicəsi və sağalması üçün əllərindən gələni edəcəklərini dedi” – Q.Paşayeva qeyd edib.