Azərbaycanlılar Srxavənd istiqamətində 370 m irəlilədi – Erməni mediasıbackend

Azərbaycanlılar gecə saatlarında Ağdərə bölgəsindəki Nor Qazançı (Srxavənd) kəndi istiqamətində 370 metr irəliləyib.

“Yeni Gündəm” xəbər verir ki, belə bir iddia ilə kənd icmasının rəhbəri Ruslan Arstamyan “Aparaj” nəşrinə açıqlamasında çıxış edib.

“Onların mövqeyi Vank-Drmbon (Vəngli-Heyvalı) kəsişməsindən 1,5 km məsafədə yerləşirdi. İkinci mövqe də dəyişdirildi. GPS ilə yoxlayaraq 370 metr irəlilədilər və mövqeləri tutdular. Onlar iki erməni mövqeyinin kəndə tərəf 300 metr geri çəkilməsini tələb etdilər və yalnız bundan sonra geri çəkiləcəklərini bildirdilər”,- deyə Ruslan Arstamyan bildirib.