Azərbaycanlılara işgəncə verən Ermənistan vətəndaşlarının cinayət işi məhkəmə prosesi üzrə yekun hesabat təqdim edilibbackend

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Ermənistan vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycanın işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, və digər müharibə cinayətləri törətməsinə görə cari ilin iyun ayının 2-dən avqust ayının 2-dək cinayət işi üzrə məhkəmə prosesində aparılmış məhkəmə müşahidəsinin yekun hesabatını təqdim edib.

“Yeni Gündəm”-in xəbərinə görə, hesabatı hüquqşünas, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli və hüquqşünas Fariz Əkbərov təqdim ediblər.

Bildirilib ki, Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə görə hər biri 20 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə ictimaiyyətə açıq şəkildə təşkil edilib və məhkəmə iclaslarında xeyli sayda yerli və xarici vətəndaş cəmiyyəti qurumları, Ombudsman təsisatı, media və QHT nümayəndələri iştirak ediblər.

Müşahidənin məqsədi – keçirilən məhkəmə prosesinin beynəlxalq humanitar hüquq və insan hüquqları, ədalətli mühakimə və açıq və qərəzsiz məhkəmə araşdırması hüququ və prinsipləri baxımından beynəlxalq standartlara uyğunluğunu müəyyən etmək olub.

Beynəlxalq Humanitar Hüquq və insan hüquqları prinsiplərinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bütün dövlətlər öz vətəndaşları və ya silahlı qüvvələri tərəfindən və ya ərazilərində törədildiyi iddia edilən hərbi cinayətləri araşdırmalı və cinayətləri törətməkdə təqsirlı bilinən şəxsləri mühakimə etməlidir. Əsirlər hərbi əməliyyatlarda yalnız iştirak etdiyinə görə cinayət məsuliyyətinə cəlb oluna bilməsələr də (Üçüncü Cenevrə Konvensiyasına görə), onları həbs edən ölkə onları mümkün müharibə cinayətlərinə görə mühakimə edə bilər.

Müşahidəçilər tərəfindən keçirilmiş məhkəmə prosesinin prosedur nqöteyi nəzərindən Cenevrə konvensiyaları, Avropa İnsan Hüquqlari Konvensiyası və Mulki və siyasi hüquqlar haqqında Paktla müqayisəli analiz aparılaraq, belə qənaətə gəlmişdir ki, proses zamanı Ədalətli məhkəmə araşdırması ilə bağlı beynəlxalq standartların məhkəmə tərəfindən tam əməl olunub. Belə ki, aşağıdakı məsələlər yüksək səviyyədə təmin edilib:

– Məhkəmənin müstəqilliyi və qərəzsizliyi, tərəflərin bərabərliyi prinsipi

– Legitim hərbi məhkəmə (Bakı Hərbi Məhkəməsi), bərabər ittiham və müdafiə tərəfi, məhkəmə çəkişməsi prinsipi

– Təqsirləndirilən şəxslərə, zərərçəkmiş şəxslərə işin mahiyyəti və səbəbləri barədə dolğun məlumat verilməsi və hüquq və vəziflərin izah olunması

– Təqsirləndirilən şəxslərin tərcümə ilə təmin olunması

– Müdafiə tərəfinin vəsatətlərinin təmin edilməsi

– Tədsirləndiriıən şəxsin məhkəmə zalında azad şəkildə iştitrakının təmin edilməsi

– Məhkəmənin açıq keçirilməsi prinsipi və ictimaiyyət nümayəndələrinin Pandemiya qaydalarına riayət etməklə iştirakının təmin olunması

“Bu proses zamanı 2 ay müddətində bütün iclaslarda müstəqil QHT müşahidəçisi qismində iştirak edən şəxs kimi deyə bilərəm ki, proses nəticəsində əsas etibarilə bu nəticəyə gəlmək olar ki, Azərbaycan dövləti onun vətəndaşlarına qarşı Qarabağ müharibələri zamanı törədilmiş müharibə cinayətlərinə görə təqsirkar şəxsləri tam olaraq beynəlxalq hüquq standartları çərçivəsində müstəqil, qərəzsiz və ədalətli məhkəmə araşdırması prinsiplərinə əsasən mühakimə edir və bundan sonra da mühakimə edəcəkdir”, – R. İskəndərli vurğulayıb.Report