Azərbaycanlıların Türkiyədən təxliyyəsi başa çatıb – Foto+Yenilənibbackend

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyyəsi prosesi bütün gecə ərzində davam edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Elazığ və Malatyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar. Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər.

Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Yerdə qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar.

Daha sonra isə vətəndaşlarımız Prezidentin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakıya gələcəklər.

***

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ baş verən zonasından təxliyyəsi prosesi başa çatıb. Avtobusların hər üçü Naxçıvana çatıb.

Həmin şəxslər təyyarə ilə Bakıya yola salınacaqlar.