Azərcell-in nömrə MONOPOLİYASI- Qarabağ qazisi dərman pulu tapmadığı bir vaxtda Azercell 70 min manata mobil nömrə satır…backend

Azercell  mobil operatorunun  ölkədə monopoliya yaratması, yüksək  tariflər, abunəçilərə atması və s barədə ölkə mediası neçə illərdir ki, yazır.
Ötən yazımızda  Azercell-ə  məxsus  777-77-77 nömrəsinin 70000 ( yetmiş min  ) manata satışa çıxarılmasından yazmışdıq.

Qarabağ  qazisi özünə dərman pulu tapmır, bunlar 70  min manata telefon nömrəsi satır.
Görəsən bu nömrəni halal qazancla, maaşla necə almaq olar ?
Ayda 1300 manat maaş alan icra başçısı neçə il işləməlidir ki, bu nömrəni alsın ?
Amma kimə deyirsiniz ?
Ayda 1300 manat maaş alan icra başçılarının özlərinin, övladlarının, hətta yaxınlarının telefonları 211-lə başlayır.
Nəinki icra başçılarının, deputatlarımızın da özləri və uşaqları 211  nömrəsi ilə danışırlar.
Hətta idarə müdirlərinin balaları da, hətta “xala”ları da belə bahalı nömrələr istifadə edir.
Azercell isə bu bahalı nömrələri sataraq milyonlar qazanır. Bəs dövlət büdcəsinə nə ödənir ?
Əlbəttə, qəpik-quruş. İtirən kim olur ?
Əlbəttə, Azərbaycan dövləti.