“Azercell”in özbaşınalığına kim son qoyacaq? – Şikayətbackend

Mənim şikayətim “Azercell” şirkətinin səriştəsizliyi ilə bağlıdır. Mən “İsteSən” tarifinə qoşulmuşam aylıq xidmət haqqı çıxıb, mənə internet və danışıq dəqiqələri verilir. Bu gün səhər saatlarında hesabımdan xidmət haqqı çıxıldı və tarif avtomatik yeniləndi. Mənə dəqiqələr verildi, amma internet verilmədi. Halbuki paketin əsas önəmi internetdir, çünki mənə o lazımdır, pulsuz dəqiqələr yox.

“Yeni Gundem” xəbər verir ki, bu problemlə üzləşən “Azercell” abunəçisi Şamxal Bağırzadədir. O bildirib ki, üzləşdiyi problemlə bağlı şirkətlə əlaqə saxlaya da bilmir:

“Məsələ orasındadır ki, şirkətlə nə sosial şəbəkələrdə əlaqə qurmaq olmur, nə kabinetdəki çatına düşmək olur, nə də operatorun qəbuluna düşmək mümkündür. Zəng edirsən guya 138 adam olduğunu deyirlər, hər dəqiqəsinə də 10 qəpik çıxırlar.10 dəqiqə gözlədim səbrim çatmadı, söndürdüm.

Bu şirkətlərin fəaliyyətinə kim nəzarət edir? Niyə belə özbaşınalıqdır? Adi bir sistem xətasından başqa bir şey deyil bu, saatlardır həll olunmur”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar