“Azərenerji”nin əməkdaşından qeyri-etik hərəkət – “Tərbiyəsizlikdir”backend

“Azərenerji” ASC-nin əməkdaşı Bakıda magistral yolda qeyri-etik hərəkətə yol verib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə tanınmış vəkil Aslan İsmayılov məlumat yayıb.

“Bilgəh istiqamətində gedərkən qarşımızda hərəkət edən 99 JB 558 qeydiyyat nişanlı “Azərenerji”yə məxsus avtomobilin sürücüsü dəmir içki qabını pəncərədən magistral yola atdı. Oxşar hadisələrlə son zamanlar tez-tez rastlaşıram. Bunların hamısını çəkib ictimailəşdirmək lazımdır ki, bu tərbiyəsizliyi etməsinlər” – A.İsmayılov qeyd edib.