“AzerGold” ötən il rekord səviyyədə buruqqazma işi icra edibbackend

“AzerGold” QSC-nin fəaliyyətinin ən vacib istiqamətlərindən biri geoloji kəşfiyyat və tədqiqat işləridir. Cəmiyyət metal ehtiyatlarının artımına nail olmaq məqsədilə 2022-ci ildə əlvan metallar üzrə 53 min metr və qara metallar üzrə 31 min metr olmaqla, ölkənin dağ-mədən sənayesi üzrə rekord göstərici olan ümumilikdə 84.4 min metr dərinliyində buruqqazma işi icra edib.

QSC-dən ”Yeni Gundem”-ə bildirilib ki, 2017-2022-ci illər ərzində isə əlvan metallar üzrə 252 min metr, qara metallar üzrə isə 53 min metr olmaqla, ümumilikdə 305 min metrdən çox buruq qazılıb.