“Azəriqaz” Ağstafa Rayon Qaz İstismar Sahəsi göz yaşlarına inanmırbackend

“Azəriqaz” Ağstafa Rayon Qaz İstismar Sahəsi göz yaşlarına inanmır.

“Yeni Gündəm” xəbər verir ki, bunu özünün facebook hesabında Ələddin Kəsəmənli paylaşıb.

“Hava şəraitinin soyuq və şaxtalı olduğu vaxtda “Azəriqaz” İstehsalat Birliyinin Ağstafa Rayon Qaz İstismar Sahəsi əhalini soyuqla sınağa çəkir. Sanki Azəriqaz işçiləri havaların soyumasını gözləyir ki, ərazini təbii qazla sınağa çəksin. Havanın temperaturu aşağı düşən kimi rayonun bəzi ərazilərində mavi qazın təzyiqi kəskin şəkildə aşağı düşüb. Ağstafanın bəzi kəndlərində isə ümumiyyətlə qazın verilişində məhdudiyyət yaranıb. Ağstafa rayonunda dörd gündür ki, qaz yoxdur.

Qış gəlməmiş “Azəriqaz”ın qaz sınağı davam edir…