“Azəriqaz”dan sayğaclarla bağlı açıqlamabackend

“Azəriqaz” İstehsalat Birliyi “Gəncə Cihazqayırma Zavodu” ASC ilə istismar üçün yarasız olan sayğacların istehsalata yenidən qaytarılmasına dair danışıqlar aparılır.

“Yeni Gündəm”in məlumatına görə, bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Əhali abonent qrupu üzrə qaz sayğaclarının istismar müddəti 10-20 il arasıdır, lakin 5 ildən bir sayğaclar dövlət yoxlanılmasına çıxarılır. Dövlət yoxlamasından keçən sayğacların təqribən 15-20% yararsız çıxır.

“Biz “Gəncə Cihazqayırma Zavodu” ilə danışıqlar aparırıq. Yəni yaxın gələcəkdə həmin yararsız çıxan sayğacların tam istehsalata qayıtması üçün işlər aparılır”, – R. Əliyev qeyd edir.