“Azəriqaz” məlumat yaydıbackend

Azərbaycan Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev açıqlama verib.

“Yeni Gundem” xəbər verir ki,şöbə rəisi bildirib ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə artıq smart kart sayğaclarda limitlərin yenilənməsi avtomatik həyata keçirilir:

“Hazırda Azərbaycanda smart kart sayğacdan istifadə edən abonentlərin sayı 1 milyona yaxındır. Yəni o abonentlərin limiti ayın birinə keçən gecə həll olunacaq. Qalan 1,4 milyona yaxın abonentimizin, mexaniki, sonradan ödənişli sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi prosesi bir neçə gün vaxt alacaq”.

Fərahim RƏHİMOV