“Azəriqaz” rəsmisi ilə Ata Abdullayev arasında qalmaqal – VİDEObackend

Neft olan sahələrdə qaz çəkilişi qadağan olunsa da, Sabunçu rayonu ərazisində qanunsuz qaz xətləri kifayət qədərdir. Ən təəccüblüsü isə odur ki, bütün bu özbaşınalıqlar “Azəriqaz” əməkdaşlarının gözü qarşısında baş verməkdədir.

“Yeni Gündəm”-in xəbərinə görə, bloger Ata Abdullayev sözügedən əraziyə yollanıb və burada qanunsuz şəkildə qaz xətlərinin çəkildiyinin və sayğacların quraşdırıldığının şahidi olub. A.Abdullayev çəkiliş apardığı zaman “Azəriqaz” rəsmisi qanunsuz qaz çəkilişini əsaslandırmağa çalışsa da, özünü pis vəziyyətə salıb. Bir sözlə, Bloger Ata Abdullayevlə “Azəriqaz” rəsmisi gərgin anlar yaşanıb.