“Azəriqaz” vətəndaşa qonşunun borcunu yazdıbackend

“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin vəzifəli işçiləri Lənkəran şəhəri, Liman qəsəbəsində vətəndaş Bəxtiyar Abbas oğlu Bağırova qansuz olaraq cərimə yazıblar.

“Yeni Gündəm”-in xəbərinə görə, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsi tərəfindən tərtib edilib.

Akta əsasən Bəxtiyar Bağırovun işlətmədiyi halda 640 manat borc yazılıb.

Bəxtiyar Bağırov Lənkəran rayon Məhkəməsinə müraciət edib. O, həmin məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

İddiaçı iddia tələbini onunla əsaslandırıb ki, Lənkəran rayonu, Liman şəhəri, M.Müşfiq küçəsi ev 55 ünvanında yaşayır.

Onun sözlərinə görə, 15 mart 2018-ci il tarixdə qonşuda yaşayan Saleh adlı şəxsdə qaz xəttinə qanunsuz qoşulma halı müəyyən edilib: “Bir ay sonra qaz bildirişində 640 manat borcu olduğunu gördüm. Qaz İdarəsinə getdim, orada mənə səhv borc yazıldığı bildirildilər. Şikayətlərimdən sonra martın 15-də 0142175 saylı aktın surəti mənim ünvanıma göndərildi. Qonşuda olan qaz xəttinə qanunsuz qoşulmanı mənim üzərimə yazmışdılar. Lənkəran regional qaz istismarı idarəsinin 15 mart 2018-ci il tarixli 0142175 saylı aktı ilə razılaşmıram. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişəm”.

Lənkəran rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə baş tutan iclasda borcun siliməsi barədə qətnamə çıxarılıb.

Bundan sonra “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nizami İsmayılov apelyasiya şikayəti verib. Cavabdeh şikayətini belə əsasladırıb ki, Lənkəranr rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Buna səbəb mühüm əhəmiyyət kəsb edən faktlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmayıb.

Cavabdehin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Zəki Babayevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda “Azəriqaz” İstehsalat Birliyinin şikayəti təmin edilib.

Lənkəran rayon Məhkəməsinin iddiaçının xeyrinə çıxardığı qətanamə ləğv edilib, Bəxtiyar Bağırovun iddiası təmin olunmayıb.Demokrat.az