“Azərişıq”da kadr dəyişikliyibackend

“Azərişıq” ASC-nin Tovuz Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zaur Şirəliyev vəzifəsindən azad edilərək Nərimanov RETSİ-nin rəisi təyin olunub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin sədri Vüqar Əhmədov əmr imzalayıb.

Onun digər əmrinə əsasən, Tovuz RETSİ-yə rəhbərlik Anar Məmmədova həvalə edilib.Report