“AZƏRLOTEREYA” TƏNQİD YAZANLARA TƏZYİQLƏRƏ BAŞLADIbackend

“Azərlotereya” saytlarda haqqında tənqid yazan jurnalistləri təhdid edir, onların profil şəhifələrini bloklamaqla hədələyir.

”Yeni Gundem”-in məlumatına görə, jurnalist Məhəmmədəli Qəribli bildirib ki, bir neçə dəfə “Azərlotereya”nın yarıtmaz fəaliyyətini sosial şəbəkə hesabından sərt tənqid etdiyi üçün profili bloklana bilər. Onun sözlərinə görə, ona bu barədə bildiriş gəlib:

“Dövlət adı ilə qumar oyunlarla təşkil edib, milyonlarla pul qazanan bu şəbəkənin əlində nəinki mənim profilimi, hətta mənim özümü belə məhv etmək çox asan məsələdir.

Bunlara qəribə gələn bilirsiniz nədir? Azərbaycan mediasının böyük əksəriyyətini reklam əməkdaşlığına cəlb ediblər. Buna heç reklama əsaslanan iş birliyi də demək olmaz. Daha doğrusu, susmaqla bağlı öhdəliyə imza atırıblar. İndi kimsə bunlardan yazanda, bunu sanki hansısa müqəddəs məbədi təhqir etmə kimi qəbul edirlər. Ona görə də, belə yaramaz metodlara əl atırlar”.