“AZƏRLOTEREYA” YOLUN ORTASINDA QUMAR AÇDI, SAKİNLƏR AYAĞA QALXDI – FOTOLARbackend

Piyadaların hərəkəti üçün nəzərdə tutulan səki “Azərlotereya” tərəfindən zəbt edilib.

“Yeni Gundem” xəbər verir ki, mərc oyunlarının təşkili üçün səkinin düz ortasına köşk qurulub. Piyada keçidinin zəbt edilməsi Xətai rayon sakinlərinin narazılığına səbəb olub. Sakinlər problemlə əlaqədar Prezidentə müraciət ediblər.

“Həzi Aslanov” metrostansiyasının çıxışında qoyulan “Azerlotereya” köşkü hərəkəti çətinləşdirib.Tribunainfo.az