“AZƏRMAŞ” öz fəaliyyətini yüksələn xətt üzrə davam etdirirbackend

Azərbaycanda qeyri-neft sektorunun və bütövlükdə iqtisadiyyatın inkişafı ölkəmizin əsas prioritet istiqamətlərindən biridir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi siyasətdə qeyri-neft sektorunun payının artırılması başlıca məsələlərdən biridir. Xüsusən 2015-ci ildən sonra ölkədə qeyri-neft sektoruna diqqət və dəstək artmağa başladı. Bununla bağlı xüsusi tədbirlər planı hazırlandı və bu strategiya əksər sahələri əhatə etdi.
Azərbaycanda ağır sənaye və maşınqayırma sahəsinin inkişafı üçün münbit şərait yaratmış, ixtisaslı kadr potensialı, yenilənən infrastruktur, işləyən institutlar və yaxşılaşan biznes mühiti sahənin gələcəyinin əsasını təmin edilməkdədir.
Ölkəmizdə avtomobil sənayesinin qurulmasında “AZƏRMAŞ” ASC-in rolu danılmazdır.
15 noyabr 2017-ci il tarixində “AZƏRMAŞ” ASC yaradılmış, Azərbaycanda avtomobil sənayesinin qurulması və inkişaf etdirilməsi strateji hədəf olaraq seçilmişdir.

İlk olaraq, Neftçala Sənaye Məhəlləsində İran Khodro avtomobillərin istehsalı zavodu qurulmuşdur. Bu işin məntiqi davamı olaraq Özbəkistan istehsalı olan avtomobillərin (Ravon) yığılması zavodu, Rusiya istehsalı olan GAZ qrupu kommersiya avtomobillərinin yığılması zavodunun və gələcəkdə digər ölkə avtomobil markalarının istehsalı zavodlarının, lokallaşdırma, servis və satış nöqtələrinin artırılması, utilizasiya proqramı, ixtisaslaşdırılmış kadr hazırlığı, hazır məhsul və ehtiyyat hissələrinin ixrac imkanlarının reallaşdırılması da nəzərdə tutulmuşdur.
“AZƏRMAŞ” ASC-in əsas məqsədləri Azərbaycanda avtomobil istehsalı müəssisələrini yaratmaqla bu seqmentdə “MADE İN AZERBAİJAN” brendi altında məhsul buraxmaq, minik və kommersiya avtomobillərinə olan daxili istehlakçıların ehtiyaclarının daha böyük hissəsini ödəmək, regional bazarda Azərbaycan məhsullarının payını artırmaq və regionda avtomobil sahəsində Azərbaycanı mərkəzə çevirməkdir.
Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda “Khazar”,”Peugeot”, “Renault” kimi avtomobil modelləri istehsal olunur və bu proses davam etdiriləcəkdir.
“Khazar” markalı avtomobillər hazırda alıcıların xüsusi maraq göstərdiyi və üz tutduğu avtomobil markalarından biridir. Bununla yanaşı ölkəmizdə fəaliyyət göstərən dövlət və bəzi özəl qurumlar da bu avtomobillərdən istifadə edirlər.
Qeyd etdiklərimiz bir daha sübut edir ki, “AZƏRMAŞ” öz fəaliyyətini yüksələn xətt üzrə davam etdirir və ölkəmizin iqtisadi inkişafına, Azərbaycanın avtomobil sənayesində regionda lider dövlətlərdən birinə çevrilməsinə təkan olacaqdır.